Alış-veriş səbəti (0)

FAQ

TEZ-TEZ VERİLƏN SUALLAR

Generator gücü obyektə qoşulacaq bütün elektrik yüklərinin ümumi gücü əsasında hesablanır. Hesablama zamanı nəzərə alınır: eyni vaxtda işləyən avadanlıqlar, başlanğıc (start) cərəyanları, ehtiyat güc payı (adətən 20–30%), güc faktoru, Düzgün hesablanmayan generator: ya artıq yanacaq sərf edir, ya da yükü qaldıra bilmir Bu səbəbdən peşəkar güc hesablanması tövsiyə olunur.

Bu, işlədəcəyiniz avadanlıqların ümumi gücündən asılıdır. Ev üçün adətən 5–10 kVA, biznes üçün isə 10 kVA və yuxarı güc tələb olunur.

Ev istifadəsi üçün səssiz işləyən, orta gücə malik və avtomatik işə düşmə funksiyalı generatorlar tövsiyə olunur.

Fasiləsiz işləmə qabiliyyəti, yanacaq sərfi, servis dəstəyi və güc ehtiyatı əsas meyarlardır.

Uzunmüddətli və intensiv istifadə üçün dizel generator daha sərfəlidir. Qısa və portativ istifadə üçün benzin generator uyğun ola bilər.

kW real gücü, kVA isə ümumi gücü göstərir. Generatorlar adətən kVA ilə ölçülür.

Yanacaq sərfi generator gücündən və yüklənmə səviyyəsindən asılıdır. Yük artdıqca sərfiyyat da artır.

Yüksək güc tələb edən sənaye və kommersiya obyektləri üçün istifadə olunan generator növüdür.

Generatorun fasiləsiz işləmə müddəti onun iş rejimindən (standby və ya prime), yük səviyyəsindən və yanacaq tutumundan asılıdır. Standby rejimində generator elektrik kəsilməsi zamanı qısa müddətli istifadə üçün nəzərdə tutulur. Prime rejimində isə generator uzun müddət əsas enerji mənbəyi kimi işləyə bilər. Düzgün servis və optimal yük altında sənaye generatorları günlərlə fasiləsiz işləyə bilər. Lakin uzunmüddətli etibarlı istismar üçün müntəzəm texniki baxım vacibdir.

Müntəzəm texniki baxım aparıldıqda generatorlar uzun illər stabil işləyir.

Layihədən asılı olaraq adətən bir neçə saatdan bir neçə günə qədər davam edir.

Yaxşı havalandırılan, təhlükəsiz və servis üçün əlçatan yerdə yerləşdirilməlidir.

Elektrik şəbəkəsinə xüsusi qoruyucu sistemlər və ATS panel vasitəsilə qoşulur.

Bəli. Torpaqlama elektrik təhlükəsizliyi üçün mütləqdir.

Bəli. ATS sistemi elektrik kəsildikdə generatoru avtomatik işə salır.

İstifadə intensivliyindən asılı olaraq müntəzəm texniki baxım tövsiyə olunur.

Yağ dəyişimi, filtr yoxlanışı, elektrik sisteminin test edilməsi və ümumi texniki nəzarət.

Yanacaq çatışmazlığı, akkumulyator problemi və ya texniki nasazlıq səbəb ola bilər.

Bəli, operativ texniki dəstək təqdim olunur.

Bəli, generatorlar üçün ehtiyat hissələri təmin edilir.

Güc, brend, texniki xüsusiyyətlər və əlavə sistemlər qiymətə təsir edir.

Bəli, qısamüddətli və uzunmüddətli icarə xidmətləri mövcuddur.

Layihədən asılı olaraq dəyişə bilər.

Zəmanət müddəti model və istehsalçıya görə fərqlənir. Əsasən 2 il və ya 1000 saat - hansı tez dolarsa

Bəli, enerji ehtiyacının hesablanması üzrə məsləhət təqdim olunur.

1998-ci ildən generator və enerji sistemləri sahəsində fəaliyyət göstərir.

Dünyaca tanınmış Teksan marka generator istehsalçısı ilə əməkdaşlıq edilir.

Bəli, müxtəlif regionlarda xidmət göstərilir.

Bəli, texniki servis və müntəzəm baxım xidmətləri təqdim edilir.

Bizimlə əlaqə saxlayaraq məsləhət ala və uyğun generator seçə bilərsiniz.