Alış-veriş səbəti (0)
Blog

Uzunmüddətli saxlama (Depolama)

13.01.2026

Uzunmüddətli saxlama (Depolama)

Generator dəstini uzun müddət istifadədən kənar saxlamaq və ya anbarda saxlamaq mühərrik, alternatör və avadanlıqlar üzərində mənfi təsir yaradır və bu vəziyyətdə işə salmaq zədələnmələrə səbəb ola bilər. Bu bülleten, saxlanılma öncəsi və sonrası yerinə yetirilməli olan prosedurlar barədə məlumat vermək məqsədilə hazırlanmışdır.

 
3 ay və ya daha uzun müddət istifadə edilməyəcək dizel generator dəstləri üçün aşağıdakı prosedurlar mütləq tətbiq olunmalıdır:
 
3 aydan qısa müddətli saxlanılma zamanı generator dəstinin qoruyucu bir qablaşdırmada, quru yerdə saxlanılması və ən azı 15 gündən bir qısa müddətli işə salınması kifayətdir.
 
Aşağıda qeyd olunan prosedurlar təhlükəsizlik qaydalarına əməl edilməklə səlahiyyətli bir texnik tərəfindən icra edilməlidir.
 
Saxlanılma prosesindən əvvəl generator dəstinizi nominal iş temperaturuna (təxminən 75°C) çatana qədər işlədin və hər hansı bir nasazlığa qarşı yoxlayın. Yenidən istismara verilən zaman problemlə qarşılaşmamaq üçün bu proses mütləq yerinə yetirilməlidir.
 
 
3 - 6 Aya Qədər Saxlanılma (Depolama)
  1. Mühərrik yağını və yağ filtrini dəyişdirin.
  2. Soyutma mayesinin səviyyəsini və antifriz nisbətini yoxlayın. Əgər kifayət qədər antifriz yoxdursa, soyutma mayesini bütün sistemdən və su filtrindən boşaldın.
  3. Yanacaq filtrini dəyişdirin. Yanacaq çənindən su və çöküntünü boşaldaraq, çəni maksimum səviyyəyə qədər yanacaqla doldurun.
  4. Generatorunuzu test etdikdən sonra dayandırın.
  5. Akumulyator (akü) kabellərini sökün. Akumulyatoru təmizləyərək daimi şarj (doldurulma) altında saxlayın.
  6. Generatoru nəmli bir parça ilə tamamilə təmizləyin. Təzyiqli sudan istifadə etməyin.
  7. Elektrik bağlantılarını və terminalları yoxlayın.
  8. Elektrik sisteminə və elementlərinə rütubət qovucu sprey sıxın.
  9. Hava sovurma xəttinə qoruyucu yağ püskürdün.
  10. V-qayışlarını boşaldın.
  11. Hava girişi və eqzoz çıxışını bağlayın.
  12. Generatoru paketləyərək üzərinə xəbərdarlıq etiketi yapışdırın.
  13. Generatoru toz, külək, günəş və yağıntı olmayan quru bir yerdə mühafizə edin.

 

6 Aydan Uzun Müddətlə Saxlanılma (2 İlə Qədər)

  1. Mühərrik yağını boşaldın.
  2. Dizel mühərriki qoruyucu yağı (JIS K2246 NP10) ilə yağ çubuğunun maksimum səviyyəsinə qədər doldurun.
  3. Yanacaq sovurma (emiş) və geri dönüş xəttini içərisində 1/3 nisbətində qoruyucu yağ (JIS K2246 NP9) və 2/3 nisbətində dizel yanacağı qarışığı olan qaba daxil edin.
  4. Mühərriki bu qarışıqdan 2 litr sərf edənə qədər işlədin və sonra dayandırın.
  5. Yanacaq sistemini boşaldın, sovurma və geri dönüş xətlərini normal yerlərinə bağlayın.
  6. Yanacaq çənini boşaldın və təmizləyin.
  7. Qoruyucu yağı mühərrikdən və filtrdən boşaldın.
  8. Hava sovurma (emiş) kollektoruna qoruyucu yağ püskürdün.
  9. Turboşarjın kompressor tərəfinə qoruyucu yağ püskürdün.
  10. Silindr qapağının üst qapaqlarını (külbütör qapağı) sökərək klapanlara, klapan yaylarına, klapan bələdçilərinə (qayd), silindr qapağına və "piano" hissələrinə qoruyucu yağ püskürdün və yenidən bağlayın.
  11. Hava girişi və eqzoz çıxışını bağlayın.
  12. V-qayışlarını boşaldın.
  13. Akumulyator (akü) kabellərini sökün. Akumulyatoru təmizləyərək daimi şarj (doldurulma) altında saxlayın.
  14. Generatoru nəmli bir parça ilə tamamilə təmizləyin. Təzyiqli sudan istifadə etməyin.
  15. Elektrik bağlantılarını və terminalları yoxlayın.
  16. Elektrik sisteminə və elementlərinə rütubət qovucu sprey sıxın.
  17. Generatoru paketləyərək üzərinə xəbərdarlıq etiketi yapışdırın.
  18. Generatoru toz, külək, günəş və yağıntı olmayan quru bir yerdə mühafizə edin.

 

Saxlanılma Sonrası İstismara Vermə (Devreye Alma) Prosesi

  1. Generatorun qablaşdırmasını açın, hava girişi və eqzoz çıxışındakı qapaqları çıxarın.
  2. Generator dəstini əllə və gözlə yoxlayın (vizual müayinə).
  3. Generator quraşdırılmasının qaydalara uyğun olmasına və işə salınma öncəsi görüləcək tədbirlərin tamamlandığına diqqət yetirin.
  4. Mühərrik yağını və yağ filtrini yeniləyin.
  5. Yanacaq çənini təmizləyin və yeni yanacaqla doldurun. (6 aydan uzun müddətli saxlanılmada)
  6. Yanacaq filtrini yeniləyin.
  7. Hava filtrini təmizləyin, lazım gələrsə yeniləyin.
  8. V-qayışları və diyircəkləri (şkişka) yoxlayın və gərin (tənzimləyin).
  9. Turbo yağlama borusunu sökərək yataqları yağlayın. Bu zaman turbo rotorunu əllə fırladın.
  10. Klapan boşluq məsafələrini yoxlayın, lazım gələrsə tənzimləyin. (6 aydan uzun müddətli saxlanılmada)
  11. Silindr qapağının üst qapaqlarını (külbütör qapağı) sökərək klapanları, klapan yaylarını, klapan bələdçilərini, silindr qapağını və "piano" hissələrini yağlayın və yenidən bağlayın.
  12. Bütün şlanq və boruları yoxlayın, sıxaclarını və vintlərini bərkidin.
  13. Sökülmüş vint və ya tıxac varsa, yerinə quraşdırın.
  14. Soyutma mayesinin səviyyəsini və antifriz nisbətini yoxlayın. Saxlanılma öncəsi boşaldılmışsa, yeni 50% antifriz - 50% su qarışığı doldurun.
  15. Saxlanılma mühitində rütubət hiss edilərsə, alternatörü işə salmazdan əvvəl stator sarğılarının izolyasiya testi aparılmalıdır. Bu əməliyyatdan əvvəl AVR kabel bağlantıları ayrılmalıdır. Əgər 5 Ohm-dan aşağı bir dəyər ölçülərsə, alternatör təmizlənib qurudulmalı və təkrar ölçülməlidir.
  16. Mühərriki işə salmazdan əvvəl (marş etmədən) əllə 2-3 dövrə (tur) çevirin.
  17. Akumulyatorların tam doldurulduğunu yoxlayın.
  18. Akumulyator bağlantılarını bərpa edin.
  19. Generatoru, yanacaq solenoidinin ucunu dövrədən çıxararaq, marş motoru ilə qısa müddətli fırladın.
  20. Generatoru, mühərrik isinənə qədər yüksüz olaraq işlədin.
  21. Həddindən artıq vibrasiya, səs, yağ-yanacaq-su sızmasına qarşı yoxlayın.
  22. Generatoru yük altında işlədin və təkrar yoxlayın.

 

 

Paylaş: