Bu bülleten, dizel generator mühərriklərində istifadə olunan filtrlər və uyğun filtr istifadəsinin əhəmiyyəti haqqında məlumat vermək məqsədilə hazırlanmışdır.
Mühərrik Yağ Filtri:
- Mühərrik yağı istifadəyə və zamana bağlı olaraq metal hissəciklər, karbon, toz, kir kimi maddələrlə çirklənəcəkdir.
- Əgər mühərrikin hərəkətli hissələri çirkli yağ ilə yağlanırsa, hissələr sürətli şəkildə aşınar və mühərrikin yataqlarının sıradan çıxmasına (yatak sarması) səbəb ola bilər. Bunun qarşısını almaq üçün arzuolunmaz maddələri yağlama dövrəsindən çıxarmaq məqsədilə yağ filtri istifadə olunur. Filtr mühərrik yağını tozdan və aşınma nəticəsində yaranan kənar hissəciklərdən təmizləyir. Yağlanması planlanan zonalara yalnız təmiz mühərrik yağının çatmasını təmin edir.
- Mühərrik dayandırıldıqda filtrdəki yağın geriyə axmasının qarşısını alan təhlükəsizlik klapanları (qayıtma klapanları), mühərrik yenidən işə salındıqda yağ təzyiqinin sürətlə yaranmasını təmin edir. Toleransdan kənar (keyfiyyətsiz) filtrlər daha tez sıradan çıxacaq, bir müddət sonra yağ axınını getdikcə artan şəkildə ləngidəcək və mühərrikə ciddi zərərlər verəcəkdir.
- Yağ filtri hər yağ dəyişdirilməsində yenisi ilə əvəz edilməlidir. Yağın və yağ filtrinin dəyişdirilməsi halında mühərrikin aşınma dərəcəsi 1%-dir. Yağ dəyişir, lakin yağ filtri dəyişmirsə, silindrdəki aşınma dərəcəsi 6,5 dəfə daha çox olur.

Uyğun Filtr İstifadə Edilməməsi Halında Baş Verə Biləcəklər:
- Yağ filtri mühərrik yağının tərkibindəki yad maddələri (metal hissəciklər, karbon, çirk, toz və s.) ayırır və yağın təmizlənməsini təmin edir.
- Mühərrikin uzun bir müddət işləməsi halında filtr tıxana bilər və filtrləmə qabiliyyəti azala bilər.
- Filtrdəki tıxanma dərəcəsinin artması halında filtr üzərindəki bypass klapanı (ötürmə klapanı) açılır və mühərrik yağı filtrlənmədən birbaşa keçir. Əgər mühərrik bu vəziyyətdə istifadə olunmağa davam edilərsə, yad maddələr mühərrik daxilində dövr edərək çox böyük problemlərə səbəb ola bilər.
- Filtrin vaxtlı-vaxtında (dövri olaraq) dəyişdirilməsi bütün bu problemlərin qarşısını alır.
Mühərrik Hava Filtri:
- Hava filtrinin ən vacib məqsədi mühərriki hər növ tozlu mühitdə aşınmalara qarşı kifayət qədər qorumaqdır. Bunun üçün filtrin tozu ayırma qabiliyyəti lazımi səviyyədə olmalıdır.
- Hava filtrinin ən önəmli hissəsi yüksək keyfiyyətli sellüloz liflərdən ibarət filtr elementidir.
- Panel və dairəvi tip hava filtrlərindəki digər bir vacib filtr elementi isə poliüretandır.
- Hava filtrləri hava axınına çox az müqavimət göstərərək hətta mikro səviyyədəki tozları belə tutur.
- Kiçik və yüngül olması sayəsində hər növ mühərrik kapotunun altına quraşdırıla bilərlər, yəni onlara texniki qulluq göstərmək asan və ucuzdur.
- Ağır xidmət (Heavy Duty) hava filtrləri çox tozlu mühitlərdə işləyən mühərriklərdə, xüsusilə iş maşınlarında istifadə olunur.
- Hava filtrləri sayəsində güclü mühərriklərə sahib generatorlar tozlu mühitlərdən təsirlənmədiyi üçün sistemə gedən havanın yanma səmərəliliyini yüksək tuturlar. Beləliklə, generatorun məhsuldarlığı əlverişsiz iş mühiti şəraitindən təsirlənmir.
- Mühərrikin daxilinə düşən toz mühərrikdə aşınma və zədələnmələrə səbəb olur. Hava filtri havanın tərkibindəki kənar zərərli hissəcikləri mühərrikə daxil olmazdan əvvəl təmizləyir.
- Ortalama bir dizel mühərriki hər saatda təxminən 265,000 litr hava sərf edir. Bu miqdar təxminən 25 neft tankerinə bərabərdir. Hava filtri mühərriki optimal səviyyədə işlətmək üçün lazım olan havanı, hava axınını məhdudlaşdırmadan təmizləyir.

Uyğun Filtr İstifadə Edilməməsi Halında Baş Verə Biləcəklər:
- Uyğun hava filtrlərinin istifadəsi düzgün hava-yanacaq qarışığının yaranmasını təmin edərək istifadəçiyə yanacaq qənaəti bəxş edir. Mühərrik, istehsalçı tərəfindən müəyyən edilmiş maksimum performansı təqdim edir.
- Mühərrik yalnız düzgün hava-yanacaq qarışığı ilə tələb olunan yüksək performansı göstərə bilər. Bu isə təbii ki, uyğun filtr seçimi ilə mümkündür. Uyğun olmayan filtr istifadə edildikdə, yanma kamerasına göndərilən havanın keyfiyyəti azalacağı üçün mühərrikin səmərəliliyi düşəcəkdir.
Yanacaq Filtri:
- Yanacaq filtri bütün daxili yanma mühərriklərində neft və dizel yanacağını filtrləmək üçün istifadə olunur və yanacağın toz, pas, orqanik maddələr və sudan təmizlənməsini təmin edir.
- Hissəcik və zərrəcikləri sistemdən kənar tutaraq problemsiz işləməni təmin edən, inyeksiya elementlərindəki yüksək təzyiqlərdə filtrləmə prosesinin əhəmiyyəti getdikcə artmaqdadır.
- Yanacaq filtrləri inyeksiya sisteminin və karbüratorun iş təhlükəsizliyini qoruyur.
- Yanacağın təmizlənməsində ən vacib rolu oynayaraq, uyğun qarışıq vasitəsilə ətraf mühitə dəyən zərəri azaldır.
- Yanacaq filtrləri müasir, həssas dözümlülük (tolerans) tələb edən yanacaq sistemləri üçün həyati əhəmiyyət daşıyır.
- Filtrlənməmiş yanacaq müxtəlif çirkləndirici materiallardan ibarət ola bilər. Məsələn, yanacaq doldurma zamanı çəndə yaranan boya qalıqları, kirlər və rütubətin səbəb olduğu pas, yanacaq sisteminə daxil olmazdan əvvəl təmizlənməlidir. Əks halda yanacaq nasosu və injektorda (forsunkada) sürətli aşınmaya və nasazlığa səbəb olacaqdır.
- Yanacaq filtri sayəsində yanacaqdakı kənar qatqı maddələri azalacağı üçün daha yaxşı yanma təmin edilir və mühərrik performansı artır.

Uyğun Filtr İstifadə Edilməməsi Halında Baş Verə Biləcəklər:
- Yanacaq filtri mühərriki təmiz yanacaqla təmin etmək üçün yanacağın təmizlənməsini həyata keçirir.
- Eyni zamanda yanacaqdakı suyun təmizlənməsi prosesini də yanacaq filtri yerinə yetirir.
- Uyğun olmayan və ya keyfiyyətsiz filtr istifadə edildikdə yanacağın keyfiyyəti azalacağı üçün mühərrikin səmərəliliyi düşəcək, hətta yanacaq sisteminə kənar maddələrin, havanın və ya suyun daxil olması nəticəsində nasazlıqlar meydana gələcəkdir.
- Yanacaq xəttindəki sızma səbəbindən mühərrik performansı aşağı düşərsə, problemi tapmaq asandır. Lakin problem yanacaq sisteminə havanın daxil olması, yanacağa suyun qarışması və ya filtrin tıxanmasıdırsa, bu əlamətlər əsasında problemin diaqnostikası çətindir.
- Yanacaq sistemini mütəmadi olaraq yoxlamaqla və lazımi hissələri dəyişdirməklə bu və bənzəri problemlərin yaranmasının qarşısını almaq mümkündür.
Yanacaq-Su Ayırıcı Filtri (Separator):
- Püskürtmə (inyeksiya) nasosu və forsunkalar 1/1000 mm dəqiqlikdə işlənmiş həssas hissələrdir. Bu səbəbdən yanacağı çirkləndirən hava və ya su mühərrik performansına böyük dərəcədə təsir edir. Yanacaq filtri və su ayırıcı filtr su və toz kimi maddələrin yanacağın tərkibindən təmizlənməsini təmin edir.
- Distributor tipli inyeksiya nasosunun yanacaq filtri, adətən, mexaniki (əl) nasosu və su ayırıcını (separator) özündə birləşdirir. Mexaniki nasos, irəli-geri hərəkət edən porşeni vasitəsilə yanacaq sisteminin daxilindəki havanı və yanacağı çəkən əl qurğusudur. Mühərrik işləyərkən aktivləşməsinin qarşısını almaq üçün o, normal vəziyyətdə kilidli saxlanılır.
- Su ayırıcı, dizel yanacağı ilə suyun xüsusi çəkilərinin fərqli olması xüsusiyyətindən istifadə edərək suyu yanacaqdan ayıran bir mexanizmdir. Su ayırıcının aşağı hissəsində boşaltma klapanı mövcuddur. Klapan açılaraq və mexaniki nasos işlədilərək toplanmış su kənarlaşdırılır.

Uyğun Filtr İstifadə Edilməməsi Halında;
- Dizel yanacağındakı suyun yanacaq sisteminə verə biləcəyi zərərlərin qarşısını almaq üçün su ayırıcı filtrin (separatorun) istifadəsi vacibdir. Uyğun filtrin istifadə edilmədiyi hallarda yanacaq keyfiyyətinin aşağı düşməsi mühərrikin səmərəliliyinə mənfi təsir göstərəcək, hətta mühərrikdə ciddi nasazlıqların yaranmasına səbəb olacaqdır.
